Sudanda ordu çevrilişə cəhd etdi

12 İyul 2019 13:55 (UTC+04:00)

Sudan Hərbi Keçid Şurası ölkədə yeni bir dövlət çevrilişinə cəhd olduğunu və bu cəhdi edən şəxsin həbs edildiyini açıqlayıb.

İqtidardakı müvəqqəti hökumətin başçısı, ordu generalı Camal Ömər bu barədə dövlət televiziyasındakı çıxışında bildirib.

General çevrilişə cəhdin Silahlı Qüvvələr daxilində edildiyini, buna görə də 12 zabit və 4 gizirin həbs olunduğunu vurğulayıb.

Əlavə edək ki, Hərbi Keçid Şurası 30 il hakimiyyətdə olmuş Ömər əl-Bəşiri devirərək hakimiyyətə gəlib.

Şura ölkədə ictimai-siyasi sabitlik olanadək iqtidarda qalacağını və bundan sonra demokratik seçkilər keçiriləcəyini açıqlayıb.(teleqraf.com)

AzNews.az