Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşdülər

12 İyul 2019 14:10 (UTC+04:00)

Gürcüstanda Tbilisi-Batumi magistral avtomobil yolunda qəza baş verib.

Mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralananlar arasında Azərbaycan vətəndaşlarının olduğu bildirilir.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Gürcüstan Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırma aparır.(report.az)

AzNews.az