Gənclər üçün dövlət qulluğu üzrə son regional təlim Şəmkir rayonunda keçirildi - FOTO

12 İyul 2019 14:15 (UTC+04:00)

Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti fəaliyyətə başladı.

Layihənin tədbirlər proqramına uyğun gənclərin dövlət qulluğu üzrə son regional təlim – informasiya sessiyası və seçim Şəmkir rayonunda keçirildi.

Şəmkir Gənclər Evində başlayan 3 günlük tədbirin rəsmi açılışında rayon icra hakimiyyətinin məsul əməkdaşı Səminə Əlizadə, GİKM Şəmkir nümayəndəliyinin direktoru Kənan İbrahimov, rayon gənclər və idman idarəsi rəisinin müavini Elçin Çəfərov, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edirdi.

Qonaqları salamlayan və təlimə uğurlar arzulayan K. İbrahimov və S.Əlizadə bu tədbirin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsbət əhəmiyyətini qeyd etdi və layihənin region gənclərinin karyera inkişafına, fəal iştirakına və maariflənməsinə xidmət edəcəyini və davamlı olacağını bildirdilər.

ADTGT sədri, layihə rəhbəri A. Əsgərli layihə və tədbirlərin qısa təqdimatını edərək, on-line ərizə qəbulu aparıldığını və buna uygun təlimlərə başlanıldığını, 3 gün davam edəcək info sessiyanın sonunda ən yaxşıların seçilərək, Bakıda keçiriləcək “təlimçilər üçün təlim” (TOT) kursuna dəvət olunacaqlarını vurğuladı. Layihə eksperti G. Bağırova dövlət qulluğunun əhəmiyətini qeyd edərək, gənclərin bu sahəyə maraq və istəklərinin müsbət tərəflərini açıqladı və eləcədə çap olunan materiallar haqda məlumat verdi.

Sonra təlimçi D. Əhmədli tərəfindən interaktiv metodlarla təlim başlanıldı, iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün pre-test aparıldı. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli bilik və informasiyalar çatdırıldı.

Regional təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq və TOT kursu üçün ən yaxşılar seçiləcəkdir.

Xatırladaq ki, layihə pilot olaraq Biləsuvar, Sabirabad, Qazax və Şəmkir rayonlarını əhatə edirdi və layihənin davamlılığı üçün Bakıda TOT kursunda mükəmməl təlim alan yerli təlimçi-ekspertlərin öz bölgələrində bu istiqamətdə requlyar fəaliyyəti ilə davam etdiriləcəkdir.