Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Partizani” klubu ilə keçirilən ilk matç “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub.
Səfərdə keçirilən qarşılaşmada 37 yaşlı müdafiəçi, Ağdam təmsilçisinin heyətində 300-cü matçına çıxıb.
Kapitan bu matçların 195-ni Azərbaycan Premyer Liqasında, 79-nu avrokuboklarda, 26-nı isə ölkə kubokunda keçirib.
Sadıqov bu matçlarda ümumilikdə 14 qolla yadda qalıb.(qafqazinfo.az)
AzNews.az