Hikmət Hacıyev erməni nümayəndəsinin təxribatçı sualına cavab verdi

12 İyul 2019 16:51 (UTC+04:00)

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Royal Beynəlxalq Münasibətlər İnstitutu - "Chatam House" mərkəzində Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda çıxış edib.

Tədbirdə Qafqaz üzrə ekspertlərdən olan Tomas de Vall və digərləri iştirak ediblər.

Tədbirdə H.Hacıyev Azərbaycanın xarici siyasətinin təməl prinsipləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regionda aparıcı rolu, inkişafı və həyata keçirdiyi mühüm layihələr barədə danışıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regional liderliyi və uğurlu inkişafı, ölkədə aparılan köklü islahatlar barədə danışıb.

H.Hacıyev Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğal olunmuş ərazilərdə qeyri qanuni fəaliyyətləri, təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə ətraflı danışıb.

İki saata qədər davam edən müzakirələrdə PA rəsmisi auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə iştirak edən erməni nümayəndəsinin də təxribatçı sualları cavablandırılıb.

Qeyd edək ki, "Chatam House" beynəlxalq münasibətlər sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir.

Beynəlxalq ictimai siyasi fikrə ciddi təsiri var.(report.az)

AzNews.az