Böyük Britaniya Fars körfəzinə daha bir gəmi göndərəcək

12 İyul 2019 17:00 (UTC+04:00)

Böyük Britaniya hökuməti yaxın vaxtlarda Fars körfəzinə ikinci gəmi göndərmək niyyətindədir.

“SkyNews” xəbər verir ki, gəminin məhz nə vaxt göndəriləcəyi bildirilmir.

Artıq körfəzdə olan “Montrose” freqatına Qara dənizdə NATO təlimlərində iştirak edən “Duncan” gəmisi də qoşularaq dəstək verəcək.

Bundan əvvəl CNN İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus olduğu güman edilən beş ədəd katerin Hörmüz boğazında Böyük Britaniyaya məxsus tankeri saxlamağa cəhd göstərməsi barədə xəbər vermişdi.

Həmin hadisədən sonra Böyük Britaniya və İran hökumətləri rəsmi açıqlamalar vermişdilər.(report.az)

AzNews.az