"Baku Bus"a məxsus avtobuslarda kondisionerlərlə bağlı göstəriş verildi

12 İyul 2019 18:13 (UTC+04:00)

Agentliyin mətbuat katibi Mais Ağayev kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verildiyini bildirib.

"Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır", - deyə o, qeyd edib.

Xatırladaq ki, son vaxtlar "Baku Bus"a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir. (Report)