Müdafiə Nazirliyi: ABŞ Azərbaycana silah satmayıb

12 İyul 2019 18:54 (UTC+04:00)

Nazirlikdən Aznews.az-a bildirilib ki, konqresmenin bu cür təşəbbüslə çıxış əslində təəccüblü görünür, çünki, ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb.

"Bununla belə, Azərbaycan dünyanın qabaqcıl hərbi texnologiyalarına malik ölkələrdən kifayət qədər silah və döyüş vasitələri alır. Hərbi Hava Qüvvələrimizin silahlanmasına daxil edilən müxtəlif tipli hava hücumundan müdafiə vasitələri hava məkanımızı tam qorumağa və təhdid yaranarsa dərhal cavab tədbirləri görməyə qadirdir. Bundan əlavə, konqresmenə yəqin bəlli olmalıdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə bölgəsi olduğundan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub”, - Nazirliyin məlumatında qeyd olunub.