Azərbaycanla Küveyt arasında yeni aviareys açılır

12 İyul 2019 19:14 (UTC+04:00)

Uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri, “Airbus A320-100/200” markalı sərnişin təyyarələri ilə həyata keçiriləcək.

Əl-Küveytdən təyyarə yerli vaxtla saat 10:10-da qalxacaq və Bakı vaxtı ilə saat 13:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Geriyə uçuş isə Bakı vaxtı ilə saat 14:40-da başlayacaq və Əl-Küveyt vaxtı ilə saat 16:20-də yekunlaşacaq. (Report)