Əmircanda maşınla vurulan qadın xəstəxanada ölüb

12 İyul 2019 20:42 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, iyulun 10-da saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 65-70 yaşlı qadın vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs iyulun 11-də orada ölüb.

Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.