Lənkəranda 18 yaşlı gənc itkin düşüb - FOTO

12 İyul 2019 21:15 (UTC+04:00)

Məlumata görə, R.Axundlu ötən gün məşq etdiyi idman zalından çıxıb və evə qayıtmayıb. Onu son dəfə Lənkəran şəhərində, saat 20:00 radələrində görüblər. R.Axundlunun əynində boz rəngli köynək, ağ şalvar və əlində idman çantası olub. R.Axundlunun ailəsi tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib.

Onu görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur. (Report)