Sumqayıtda “KamAZ”ın vurduğu 24 yaşlı qız hadisə yerində ölüb

12 İyul 2019 22:03 (UTC+04:00)

Qəza şəhərin Səməd Vurğun küçəsində “Hacı Zeynalabdin Tağıyev” istiqamətinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 1995-ci il təvəllüdlü Əhmədzadə Səbinə Elçin qızını “KamAZ” markalı yük avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Qəzanı törədən yük avtomobilinin sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırm aparılır. (APA)