Bakıda yol qəzası olub, xəsarət alanlar var

12 İyul 2019 22:48 (UTC+04:00)

Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “Sədərək” Ticarət Mərkəzinə gedən yolda baş verib.

İki avtomobilin toqquşması zamanı 1959-cu il təvəllüdlü Məmmədova Narxanım Xeyrulla qızı və 1986-cı il təvəllüdlü Məmmədov Eldost Alim oğlu xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. N.Məmmədovaya döş qəfəsinin küt travması, E.Məmmədova isə kəllə-beyin travması diaqnozu qoyulub. (Report)