Güclü külək Goranboyun bəzi kəndlərində fəsadlar yaradıb

12 İyul 2019 23:55 (UTC+04:00)

Məşədiqaralar kəndində elektrik hava xəttində baş verən qısaqapanma yanğına səbəb olub.

Çəpərlərə od düşüb. FHN-in yanğınsöndürmə briqadasının müdaxiləsi ilə yaşayış evlərinə uzanan yanğının qarşısı alınıb. Hazırda onlar hadisə yerindədir. Kəndin işıqları sönüb. Eyni zamanda Zeynallı, Nərimanlı, Boluslu ,Eyvazlılar və bəzi digər kəndlərdə də işıqlar sönüb.

Küləyin yaratdığı problemlər bir sıra kəndlərdə rabitə təsərrüfatına da ziyan vurub və müəyyən istiqamətlərdə telefon və internet xidmətlərində fasilələr yaranıb.