ABŞ dövlət katibinin müavini Con Sullivan iyulun 17-18-də Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla strateji təhlükəsizlik üzrə danışıqlar aparacaq.
AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Katibliyinin sənədində deyilir.
"Dövlət katibinin müavini Con Sullivan iyulun 16-18-də İsveçrə və Belçikaya səfər edəcək", - deyə sənəddə bildirilir.
Dövlət katibinin Silahlara və Beynəlxalq Təhlükəsizliyə Nəzarət üzrə müavini Andrey Tompson dövlət katibinin müavinini müşayiət edəcəyi deyilir.
Sənəddə Sullivan və Tompsonun daha sonra NATO-nun mənzil-qərargahında müttəfiqlərini məlumatlandırmaq üçün iyulun 18-də Brüsselə yola düşəcəyi qeyd olunub.
Pərvanə Ağazadə
AzNews.az