Bu gün S-400-lərin növbəti hissəsi Türkiyəyə təhvil verildi

13 İyul 2019 12:39 (UTC+04:00)

S-400 zenit-raket kompleksinin növbəti hissəsi Türkiyəyə təhvil verilib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, S-400-ləri gətirən dördüncü təyyarə bu gün Ankaradakı Mürtəd hərbi bazasına eniş edib.

Qeyd edək ki, dünəndən başlayaraq Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin ilk hissəsinin Ankaraya təhvil verilməsinə başlanılıb. Ötən gün rusiyalı mütəxəssislərlə birlikdə, S-400-ləri gətirən təyyarələr Malatya və Ankaraya enib.

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın ciddi narazılığına səbəb olub. (APA)