Yemək sifariş verdikləri şəxsləri soydular

13 İyul 2019 13:37 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində yemək sifarişi verdikləri motosikletli kuryeri hücum edərək soyan 3 nəfər saxlanılıb. İfadə alınarkən onların bundan əlavə bir silahlı market soyğunu etdikləri də məlum olub.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gaziosmanpaşa Karadeniz məhəlləsində polisə baş vuran iki kuryer yemək sifarişi verən 3 maskalı şəxs tərəfindən hücumə məruz qaldıqlarını bildirib.

Kuryerlər E.Ç ilə M.M.K əllərindəki yeməklərin, pullarının, telefonlarının və motosikletlərinin maskalı şəxslər tərəfindən oğurlandığını deyib.

Araşdırma apararkən həmin şəxslərin daha əvvəl marketi də soyduqları ortaya çıxıb. Polis şübhəli bilinən 18 yaşlı Atilla, Emircan və Enes adlı şəxsləri tutub.

Səidə Vahid

AzNews.az