Hindistanda vergi ödəməyin orijinal üsulu tapıldı

13 İyul 2019 17:35 (UTC+04:00)

Dünyanın hər yerində vergiödəyicilərinin öz öhdəliklərini könüllü və sədaqətlə yerinə yetirmələri üçün müxtəlif yollar axtarılır, fərqli üsullardan istifadə olunur.

Bu baxımdan Hindistan hökumətinin verdiyi qərar daha orijinaldır.

Hindistanda əhalini vergi ödəməyə təşviq etmək üçün vergi ödəməkdə seçilən vətəndaşların adları küçələrə, meydanlara, təşkilatlara, binalara və qatarlara veriləcək.

Qeyd edək ki, araşdırmaya görə, təxminən 1,3 milyard nəfər əhalisi olan Hindistanda 2017-2018-ci illərdə təkcə 41 milyon nəfər vergi ödəyib.(AZƏRTAC)

AzNews.az