Bakıda möhtəşəm toy - Zakir Həsənov qiymətli hədiyyə göndərdi

13 İyul 2019 22:42 (UTC+04:00)

Bu gün Aprel döyüşlərində şəhid olan Nurəddin Mirzəyevin qardaşı Nəcməddin Mirzəyevlə eyni döyüşdə şəhid olan Rəşid Baxşəliyevin bacısı Gülzar Baxşəliyevanın toyudur.

Bakıda keçirilən toy mərasimində millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov, Beyləqan korpusunun komandir heyəti, qazilər iştirak edir.

Bundan başqa Əməkdar artistlər Rafael İsgəndərovla, Coşqun Rəhimov da toy mərasimində iştirak edənlər arasındadır.

Müdafiə naziri Zakir Həsənov bəylə gəlinə təbrik məktubu göndərməklə yanaşı, onlara qiymətli hədiyyə bəxş edib.(qafqazinfo.az)





AzNews.az