ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələri satmayacaq - qanun çıxdı

14 İyul 2019 09:59 (UTC+04:00)

ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə qarşı silah embarqosunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Türkiyənin NTV telekanalına istinadən verilən məlumata görə, ABŞ 1987-ci ildən Cənubi Kiprə silah satışını qadağan edib.

Ötən gün Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində isə Cənubi Kiprə silah satışının bərpa edilməsi əksini tapıb. Qanun layihəsində ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılması barədə müddəa da əksini tapıb. Eyni zamanda qanun layihəsində ABŞ-ın Türkiyəyə "Patriot" zenit-raket kompleksləri satışının təşviq olunması əksini tapıb.

Qanun layihəsinin Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması ilə əlaqədar qəbul edildiyi ehtimal olunur.

Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması lazımdır. (APA)