Sarkisyanın bədxərcliyi erməniləri narazı salıb

8 May 2013 09:44 (UTC+04:00)
Aparılan statistika nəticəsində bəlli olub ki, Ermənistan prezidenti Serj Sarkiyanın xarici səfərlərindən xalq narazıdır. Səbəb isə onun hər dəfə xarici səfərlər zamanı çox pul xərcləməsi və bu səfərlərin baha başa gəlməsidir.

AzNews.az "Joxovurd" qəzetinə istinadən xəbər verir ki, hazırda ölkədə iqtisadi durumu o qədər də ürəkaçan deyil. Ancaq buna baxmayaraq hər dəfə prezidentin səfərlərdə israfçılıq etməsi xalqı narazı salan səbəblərdəndir. Məsələn bu yaxınlarda, prezident admnistrasiyası "Air Armenia" şirkəti ilə razılşma əldə edib. Həmin razılaşmaya əsasən, şirkət prezidentin xaricə səfərlərini təşkil edəcək və bu xidmətinin müqabilində Ermənistan üçün kifayət qədər böyük sayıla biləcək qonorar alacaq.

Qəzet bu haqda belə yazıb: "Təkcə, bu yaxlnlarda prezidentin xarici səfəri üçün 240 min dollar xərclənib. Ancaq həmin xərcin nəyə sərf edildiyi heç kimə bəlli deyil".

Aynur Hüseynova
AzNews.az