Vəzifədən gedən səfir Trampdan yenə əl çəkmir

14 İyul 2019 11:58 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişini eks-prezident Barak Obamanın “acığına” tərk edib.

“Daily Mail” nəşri bu fikirləri Böyük Britaniyanın Vaşinqtondakı səfiri Kim Darrokun Teleqram hesabında yazdığını iddia edib.

Nəşrin məlumatına görə, Trampla yaranan qalmaqal fonunda istefasını təqdim edən səfir ABŞ prezidentinin müqaviləni şəxsi məqsədlər üçün tərk etdiyini bildirib.

Darrok Tramp administrasiyasının bu cür addımını “diplomatik vandallıq aktı” adlandırıb. (Axar.az)