Bakıda minik avtomobili aşıb, bir ailənin 5 üzvü ağır xəsarət alıb

14 İyul 2019 18:57 (UTC+04:00)

Qəza Qaradağ rayonu ərazisində Lökbatan-Sahil qəsəbəsi avtomobil yolunda qeydə alınıb.

“Lada Priora” markalı avtomobil qarşıdakı avtomobili ötmək istəyərkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Hadisə şahidlərinin bildirdiyinə görə, yaralılardan 3 nəfəri azyaşlıdır.

Onların bir ailənin üzvü olduğu bildirilir. (APA)