Yevlaxda minik avtomobili yük avtomobilinə çırpılıb, 4 nəfər xəsarət alıb

14 İyul 2019 19:38 (UTC+04:00)

Yevlax rayonu ərazisində “VAZ 2115” markalı minik avtomobilinin “Şaqman” markalı yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb:

- 1982-ci il təvəllüdlü Gədəbəy rayon sakini Cəfərov Azər Hüseyin oğlu

- Şəmkir rayon sakini Musayev Elcan Azər oğlu

- 1999-cu il təvəllüdlü Şəmkir rayon sakini Əmrahov Səməndər Niyaməddin oğlu

- 1979-cu il təvəllüdlü Şəmkir rayon sakini Hüseynova Arzu Nəsrəddin qızı

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan Arzu Hüseynovanın durumu daha ağır qiymətləndirilir. (APA)