Mingəçevirdə toyda dava düşüb, bir nəfər bıçaqlanıb

14 İyul 2019 20:17 (UTC+04:00)

Hadisə “Sevgi” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.

Mübahisə bir qrup arasında kütləvi dava ilə nəticələnib və 1991-ci il təvəllüdlü Məmmədov Röyal Məcnun oğlu kürək nahiyəsindən bıçaqlanıb.

Daha bir neçə nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (APA)