“Gələn dəfə məni Obamaya ərə verərlər“

8 May 2013 10:07 (UTC+04:00)
Livanın tanınmış müğənnisi və aktrisası Hayfa Vahbi "Hizbullah" lideri Həsən Nəsrullaha ərə getməsi barədə yayılmış xəbərləri rəsmi olaraq, təkzib edib.

O, "Qolos Rossii" radiosuna müsahibəsində guya yeniyetmə çağlarında "Hizubllah" liderinə "ərə getdiyini" söyləyib.

Həmin müsahibədə o, bunu Nəsrullanın "müdrikliyi, xarizması və sionistlərə nifrəti qarşısında tab gətirə bilməməsi" ilə əsaslandırıb.

Livan televiziyasına müsahibəsində, Hayfa bunları təkzib edərək, deyib: "Gələn dəfə məni Obamaya ərə verərlər".

Hayfa 1972-ci ildə anadan olub. 16 yaşında "Miss Cənubi Livan" titulunu qazanıb.

Onun qardaşı 1982-ci ildə Livan – İsrail savaşında həlak olub. İki dəfə ərə gedib və hər ikisindən də boşanıb.

Mənbə qeyd edib ki, Hayfa təxribatlara meylli müğənnilərdəndir. O, özünün seksual gözəlliklərini jurnalların cildlərində nümayiş etdirməkdən çəkinmir. //lent.az//

AzNews.az