İsveçdə təyyarə qəzaya düşdü - 9 nəfər öldü

15 İyul 2019 01:51 (UTC+04:00)

İsveçin Umeo şəhəri yaxınlığında yerləşən Vasterbotten əyalətində, göyərtəsində 9 nəfər olan təyyarə qəzaya uğrayıb.

İsveç KİV-lərinə istinadla xəbər verilir ki, bazar günü gündüz saatlarında baş verən qəzada kiçik idman təyyarəsinin bütün sərnişinləri həlak olub.

Hazırda baş vermiş qəzanın səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. İlkin məlumata əsasən, qəza “GippsAero GA8 Airvan” modelli təyyarənin havaya qalxması zamanı baş verib. Təyyarənin Umea hava limanına yaxın bir adaya düşdüyü də bildirilir.

Qeyd edək ki, İsveç polisinin yaydığı məlumata əsasən, təyyarənin göyərtəsində olan insanlar paraşütizm ilə məşğul olub.