Ermənistanda atışma - Yaralılar var

15 İyul 2019 09:00 (UTC+04:00)

Ermənistanda atışma olub.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Bildirilir ki, hadisə Sünik vilayətində qeydə alınıb. Atışma zamanı Hdzoresk kəndinin iki sakini - 29 yaşlı Aşot Avanyan və onun qardaşı, 24 yaşlı Tevos Avanyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qoris Tibb Mərkəzinə çatdırılıblar.

Onların vəziyyətinin ağır olduğundan yaralılar hadisə ilə bağlı hər hansı ifadə verə bilməyiblər.

Faktla bağlı cinayət işi qaldırılıb.

Daha əvvəl Ermənistanın Maştosk rayonunda kütləvi dava zamanı 8 nəfər bıçaq xəsarətləri alıb.(report.az)

AzNews.az