“Demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım var” - Nazir

15 İyul 2019 09:05 (UTC+04:00)

Son illərdə ölkəmizdə formalaşmış müsbət demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım dinamikası müşahidə edilir.

Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 2013-cü ildə birinci siniflərə 138 min qəbul olmuşdusa, bu il göstəricinin 165 mindən çox olması gözlənilir.

Nazir əlavə edib ki, ümumilikdə şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir:

"2013-cü illə müqayisədə şagirdlərin sayı 240 mindən çox artaraq 1 milyon 600 mini ötüb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşıb, 8.5-dən 10.6-ya yüksəlib".(trend.az)

AzNews.az