Rusiyada ev yandı - 5 nəfər öldü

15 İyul 2019 10:15 (UTC+04:00)

Rusiyanın Moskva vilayətinin Jurkovsk şəhərində evdə baş verən yanğın nəticəsində 3 uşaq, 2 qadın ölüb.

RİA “Novosti” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Yanğın nəticəsində baş verən uçqunun altından 3-ü uşaq olmaqla 5 nəfərin meyiti aşkar edilib.

Ölənlərin kimliyi dəqiqləşdirilir.(report.az.)

AzNews.az