Yalçın Rzazadə Türkiyəyə aparıldı

15 İyul 2019 10:26 (UTC+04:00)

Xalq artisti, müğənni Yalçın Rzazadə Türkiyəyə aparılıb.

Bunu AzNews.az-a açıqlamasında bəstəkar Faiq Sücəddinov deyib. O, Yalçın Rzazadənin İstanbulda xəstəxanada olduğunu bildirib:

Image result for Faiq Sücəddinov

“Analizlər götürülüb. Hazırda analizlərin cavablarını gözləyirlər. Mən Yalçın müəllimin özü ilə danışdım. Analizlərin cavabı məlum olmadan onun səhhəti haqqında bir fikir söyləmək çətindi. Allah ona şəfa versin”.

Qeyd edək ki, xalq artisti Yalçın Rzazadənin səhhətində qəfil problem yaranıb. Həkimlər onun qanında zəhərlənmə getdiyini söyləyiblər.

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Yalçın Rzazadənin xəstəliyi ilə bağlı bütün məsələləri Fond öz öhdəsinə götürüb.

Image result for Mehriban Əliyeva

Bahar RÜSTƏMLİ

AzNews.az