16 yaşlı Namiq Qazaxıstanda faciəvi şəkildə öldü

15 İyul 2019 10:33 (UTC+04:00)

Qazaxıstanın Kostanay şəhərinin regional uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov dünyasını dəyişib.

“Kazakhstan Today”in verdiyi xəbərə görə, yeniyetmənin üzərinə iyunun 28-də futbol meydançasında darvaza aşıb.

Xəstəxanaya yerləşdirilən Şirinova həkimlər qaraciyərin yırtılması və güclü retroperitoneal hematom diaqnozu qoyublar.

Bu gün o, paytaxt Nur-Sultanda özəl klinikaya yerləşdirilməli imiş. Lakin keçirdiyi 5 əməliyyata baxmayaraq həyatını itirib.

N. Şirinov dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Şəhərin bələdiyyə rəhbəri Kayrat Ahmetov cənazənin Bakıya gətirilməsi üçün bütün xərcləri öz üzərinə götürüb.

Qeyd edək ki, faktla bağlı “səhlənkarlıq” maddəsi üzrə cinayət işi açılıb. İstintaq davam etdirilir.(qafqazinfo.az)

AzNews.az