Məşhur cütlük Jason Statham və nişanlısı, model Rosie Huntington-Whiteley Los-Ancelesdə “Tez və qəzəbli” filminin qala gecəsinə qatılıblar.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, iddialı geyimi ilə diqqət çəkən Rosie Huntington-Whiteley ayaq dekolteli ağ rəngli əlbisəsi ilə bütün diqqəti üzərinə toplayıb.
Filmdə baş rolu aktyor Jason Statham canlandırır.
Film avqustun 2-də kinoteatrlarda nümayiş olunacaq.
Rəqsanə
AzNews.az