Qaradağda ağır qəza - Yaralılar var

15 İyul 2019 11:06 (UTC+04:00)

Hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Ələt istiqamətində hərəkət edən "Lada" markalı minik avtomobili idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Mərkəzdən verilən məlumata görə, xəstələrdən üçünün vəziyyəti yaxşı olduğundan onlar ambulator müalicəyə göndəriliblər. Digər iki nəfər 1985-ci il təvəllüdlü Məmmədova Nəzakət Hülüxan qızı boyun fəqərəsinin çıxığı və sınığı, 2013-cü il təvəllüdlü Məmmədov Məhəmməd Kənan oğlu isə döş qəfəsinin arxa hissəsinin kesilmiş, deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər.(trend.az)

AzNews.az