Kamçatkada Mi-8 sərt eniş etdi - 10 nəfər yaralandı

15 İyul 2019 11:46 (UTC+04:00)

Kamçatkada Mi-8 vertolyotunun sərt eniş etməsi nəticəsində 10 nəfər xəsarət alıb.

Hadisə qeyzerlər vadisində baş verib.

Məlumata görə, vertolyot vadiyə texniki yük daşıyırmış və göyərtədə həmin yükü müşayiət edən şəxslər olub.

Xəsarət alanlara yerli qoruğun həkimi tərəfindən ilkin tibbi yardım göstərilib. Sərt eniş zamanı vertolyota ziyan dəyməyib.(trend.az)

AzNews.az