İki yaşlı Anjela yenidən əməliyyat olunmalıdır - "Əli çirk edib"

15 İyul 2019 12:44 (UTC+04:00)

Yanaraq ağır bədən xəsarətləri alan iki yaşlı Anyela təcili əməliyyat olunmalıdır.

AzNews.az xəbər verir ki, bu barədə "Uşaqların Xöşbəxt Gələcəyi" adlı İctimai Birliyin rəhbəri Nərgiz Kərimova bildirib. O, qeyd edib ki, balaca uşağın yanan və dəfələrlə əməliyyat olunan əli çirk edib:

“Anjelanın anası zəng edib deyir ki, uşağın əli çirk edir. Növbəti əməliyyata hazırlaşırıq”.

Nərgiz Kərimova bu əməliyyat üçün maddi vəsait toplamağa başladığını vurğulayıb.

Qeyd edək ki, hadisə fevral ayının ikinci ongünlüyündə Azərbaycanın rayonlarının birində baş verib. 2 yaşlı Anjela ehtiyatsızlığın qurbanı olub. O, evlərində baş vermiş yanğında başından, əlindən və ayağından ağır yanıq xəsarətləri alıb.

Anjela fevralın 21-də Türkiyənin İstanbul şəhərinə aparılıb və o gündən bu günə kimi uşağın üzərində 10-dan yuxarı böyük əməliyyatlar keçirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az