Yolu keçən uşağı maşın vurdu

15 İyul 2019 13:32 (UTC+04:00)

Qazax rayonunun Daş Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza iyulun 14-də saat 22 radələrində qeydə alınıb.

Çaylı kənd sakini E.Qocayev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini – 12 yaşlı Məhəmməd Aqqıraxlını vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az