Kölndə “məhbusların hüquqlarının müdafiəsi” konfransını kim maliyyələşdirib?

15 İyul 2019 13:48 (UTC+04:00)

2019-cu il 13 iyul tarixində Almaniyanın Köln şəhərində AND (Azərbaycan Naminə Demokratiya) hərəkatının sədri Qənimət Zahid və “Siyasi məhbusları Müdafiə Komitəsi” ilə “AZH” (Azərbaycan Ziyalı Hərəkatı) təşkilatının və “İslamçı məhbusların hüquqlarının müdafiə komitəsi”nin rəhbəri Eldəniz Quliyevlə “Azərbaycanda siyasi dustaqlar, həbslər və repressiyalar” mövzusunda konfrans keçiriblər. Bu toplantıya Avropada tüfeyli həyatını yaşayan və özlərini siyasi mühacir adlandıranlar, onlara məxsus mühacir təşkilatlarının nümayəndələri də qatılmışdılar.

“Molla Şurası”nın yeni təşəbbüsləri

1991-ci ildə yarandığı gündən Azərbaycan dövlətçiliyinə qarşı din pərdəsi altında daim xəyanət yolu tutmuş AİP (Azərbaycan İslam Partiyası) sədrinin müavini və eyni zamanda müxalifətin elan etdiyi Milli Şuranın üzvü, “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı” təşkilatının rəhbəri Rövşən Əhmədlinin də bu tədbirdə iştirak etməsi bir sıra gizli mətləblərə aydınlıq gətirir. Belə ki, onun Qarabağ adına elan etdiyi qurum Yaxın Şərq ölkələrini 40 ildir terror yuvasına çevirmiş “Hizbullah” təşkilatının Fələstin, Livan, Suriya, Əfqanıstan, Oman, Yəmən, İraq, Suriya və digər dövlətlərdəki cinayətlərini süni şəkildə “islam-xristian” qarşıdurmasına sürükləyən ideyanın bir parçasıdır. Halbuki Qarabağ problemi dini deyil, Ermənistanın işğal siyasəti nəticəsində yaranıb. Ona görə də Azərbaycan hökuməti sülh danışıqları prosesini irəli sürməklə məsələnin dünya birliyi qarşısında ədalətli şəkildə hillinə nail olmağı hədəf seçib.

Milli Şuranın digər üzvü, bu qurumun “Molla Şurası”na çevrilməsinin fəalı kimi çıxış edən Eldəniz Quliyevin təsisçisi olduğu “İslamçı məhbusların hüquqlarının müdafiə komitəsi”nin Köln konfransında iştirak etməsi sübut edir ki, Azərbaycan Respublikası Konstitusiyasının dəyişdirilərək “ŞƏİRƏT DÖVLƏTİ” qurmaq üçün terror təşkilatları yaradan və buna görə həbs olunanların müdafiəsinin təşkili birbaşa qonşu dövlətlərin sifarişidir. Bəllidir ki, Eldəniz Quliyevin Azərbaycana qarşı qonşu İrandan yayınlanan “Səhər TV” kanalındakı çıxışları və ayrı ayrı şəxsləri müdafiəsi təmənnasız deyil. Çoxsaylı xarici səfərlər, babat həyat tərzi Bakı havası hesabına təmin edilmir.

Bu iki şəxsin Almaniyada peyda olması və məlum konfransın həyata keçirilməsinin digər səbəbi orada yaşayan çoxsaylı keçmiş İran vətəndaşlarının Tehran rejiminə loyal münasibətdə olmasıdır. O da bəlli olub ki, konfransın maliyyə xərcləri İran konsulluğu tərəfindən ödənilib. Tədbirdə iştirak edən mühacir qurumları bu məsələyə görə xüsusi qrant alıblar.

C:\Users\User\Documents\xulase cari\cap\kol.jpg

“Milli”, yoxsa “XƏYANƏT ŞURASI”?..

Azərbaycanda müxalifətin adına elan edilən “Milli Şura”nın təsisçisi AXCP və onun sədri Əli Kərimlinin başlıca söz sahibi olduğunu hər kəs bilir. Bütün ictimai və siyasi fəaliyyətləri Azərbaycanda antidövlət strateji hədəflərinə hesablanmış və buna görə həbs olunan fundamentalistlərin müdafiəsi məhz “Milli Şura”nın strateji hədəflərindən biridir. Bakıda “Milli Şura” tərəfindən keçirilən mitinqlərdə dəfələrlə “İslamçı məhbusların hüquqlarının müdafiəsi” adı alıtnda şüarlar səsləndirilib. Onların plakatları və foto-stendləri həmin mitinqlərdə ucaldılıb. Köln konfransında AXCP sədrinin, yəni Əli Kərimlinin xüsusi işlər üzrə müavini Fuad Qəhrəmanlının iştirak etməsi, Tehran rejiminin maraqları ilə uzlaşan addımları atması bir daha sübut edir ki, müxalifətin “Milli Şura” adlı qurumu “Xəyanət Şurası”na çevrilib. Fuad Qəhrəmanlı konfransda çıxış edərək islamçıları “siyasi məhbus” kimi beynəlxalq təşkilatlara təqdim etmək ideyasını irəli sürüb. Beləliklə də Tehran rejimindən külli miqdarda qrant alıb və digər yandan xüsusi olaraq bir “MOLODES” təşəkkürü qazanıbdır.

Separatçıların “Köln sevgisi”

Azərbaycan Respublikasına qarşı etnik separatizm siyasətini körükləyən, ötən il Hollandiyada Əlikram Hümbətov tərəfindən təsis olunan qondarma “TMMH” qurumunun Almaniya üzrə səlahiyyətli nümayəndəsi kimi tanınan Seyran Rəfiyev və onun köməkçisi Emil Cəfərovun Köln konfransında iştirak etmələri diqqət çəkən faktlardan biridir. Köln konfransında S. Rəfiyev həm də dolayı yolla Əlikram Hümbətovun xüsusi nümayəndəsi statusu ilə təmsil olunubdur. Onların konfransdakı iştirakı ilə bağlı Azərbaycan Respublikasına qarşı Ermənistanla daim birgə şər-böhtan atan “tolishstan.com” və “parstoday.com” internet resursları geniş informasiyalar yaymışlar.

Uzun müddətdir müşahidə etdiyimiz mövzulardan biri də Azərbaycana qarşı harada siyasi aksiya gündəmə gəlirsə, dərhal kollektiv şəkildə “separatçı”lar da orada peyda olurlar. Çünki, “məhbus dindarlar”ın hüquqlarının müdafiəsi separatçı çevrələrin əsas mövzularından biridir. Köln şəhərinə də bu məqsədlə qatılmışdılar.

C:\Users\User\Documents\xulase cari\cap\kol++.jpg

“Qrant mafiyası”nın Tehran ümidləri

Azərbaycanda olduqları müddətdə və bu gün xaricdə mühacirətdə yaşasalar da, hər zaman hansısa xarici dövlətin qrant layihəsi ilə müftəxortcasına özlərinə həyat tərzini seçmiş şəxslərin Köln konfransında iştirak etmələri təəccüb doğurmadı. Arif Yunus, Vidadi İsgəndərli, AND təşkilatının həmsədri və “Turan TV” kanalının təsisçisi və aparıcısı Qənimət Zahid, keçmiş hüquqşünas Vidadi İsgəndəli və digərlərinin burada iştirakı məhz qrant qoxusu ilə onların təşrif gətirdiklərini isbat etdi. Tüfeylicəsinə qrant layihələri əsasında yaşam normasını seçmiş bu insanları Eldəniz Quliyev və Rövşən Əhmədliyə bağlayan “mübarək qrant” sevdası idi.

Bu insanlar bir zamanlar Avropa dövlətlərini və beynəlxalq təşkilatları müxtəlif təsir vasitələri ilə inandıraraq siyasi mühacir statusunu əldə ediblər. Ancaq, aradan ötən müddətdə onların siyasi və ictimai intellektlərinin səviyyəsi, göstərdikləri fəaliyyətlər elə Avropa dövlətlərinin və beynəlxalq təşkilatların haqlı narazılığına səbəb olubdur. Çünki, onların nəzarəti altında olan TV kanallar, internet resursları və sosial şəbəkələr tələb olunan səviyyədə deyil. Bundan əlavə, keçirdikləri aksiyaların intellektual səviyyəsi çox aşağıdır. Ona görə də bu tip mühacirlər üçün avropasayağı “minimum güzəran həddi” səviyyəsində dolanmaq üçün müəyyən vəsait verilir. Ona görə də bu tip şəxslər üçün irəli sürülən şərtlər onları razı salmır. Siyasi oyunbazlıq xəstəsi olan bu tiplər hikkədən partlayan qrant xəstələri buna görə əlavə “gəlir mənbəyi” üçün çırpınırlar.

Təbii olaraq, Yaxın Şərqdə və eləcə də Azərbaycanda terrorizmi və radikalizmi təbliğ edən bəzi dövlətlərin süni şəkildə ortaya atdıqları ideyaların ardınca sürünməyə məhkumdurlar. Köln konfransı onlar üçün bir sözlə “göydəndüşmə” oldu. Köln konfransı onu da sübut etdi ki, “Milli Şura” və digər adlar altında saxtakarcasına mübarizə aparanların tək hədəfi hansısa xarici dövlətdən qrant almaq və bununla da onların xüsusi sifarişlərini həyata keçirməkdir.

Ə. Yusifoğlu