Pakistanda daşqınlar 22 can aldı

15 İyul 2019 14:03 (UTC+04:00)

Pakistanın Kəşmir bölgəsində leysan yaşışları üzündən baş verən daşğınlar nəticəsində azı 22 nəfər ölüb.

“Xinhua” xəbər verir ki, ölənlər arasında 2 təhlükəsizlik əməkdaşı, 9 yerli sakin, 11 nəfər isə ibadət məqsədi ilə kənardan gələn şəxslər olub.

Dövlət Təbii Fəlakətlərin İdarəolunması Qurumunun rəhbəri Səid ər-Rəhmanın verdiyi məlumata görə, Nilum vadisindəki turizm bölgəsində gecə baş verən daşqın nəticəsində 150-dən çox yaşayış evi və 2 məscid ciddi dağıntılara məruz qalıb.

Təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur olan sakinlər üçün müvəqqəti düşərgələr yaradılır.(report.az)

AzNews.az