Toyda qonağı bıçaqladı, tutuldu

15 İyul 2019 14:15 (UTC+04:00)

Mingəçevirdə toy məclisində 28 yaşlı qonağı bıçaqlayan şəxs saxlanılıb.

Dünən Mingəçevirdəki şadlıq saraylarından birində keçirilən toy məclisində 1991-ci il təvəllüdlü Yevlax rayon sakini Röyal Məmmədovu bıçaqlayan şəxsin kimliyi müəyyən olunub və o, saxlanılıb.

Hadisəni törədən Mingəçevir şəhər sakini Elsevər Mustafayevdir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az