Tramp əmr verdi - Basqınlar başladı

15 İyul 2019 14:29 (UTC+04:00)

ABŞ-ın Qaçqınlar və Sərhəd Mühafizə Xidməti ölkədə qanunsuz miqrantlara qarşı əməliyyatlara başlayıb

CNN-ə danışan yüksək çinli dövlət rəsmisi deyib ki, qurum 2 min qanunsuz miqrantı hədəfə alan tədbirlərə start verib.

Basqınlar əsasən, Boston, Los-Anceles, Çikaqo, Miyami, Nyu-York, San Fransiskoda yaşayan qanunsuz miqrantları əhatə edir.

Aydın olub ki, basqınlar son zamanlar ABŞ-da baş verən fırtına səbəbindən təxirə salınıbmış.(teleqraf.com)

AzNews.az