Şəkidə moldovalı turist öldü

15 İyul 2019 15:28 (UTC+04:00)

Azərbaycana turist kimi gələn Moldova vətəndaşı ölüb.

Hadisə Şəki şəhərində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Nilolau Vasilyeviç Şorban Şəki şəhərində qonaq olduğu evdə dünyasını dəyişib.

Onun ölümünün səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az