Filippində fövqəladə vəziyyət elan edildi, səbəbi...

15 İyul 2019 16:13 (UTC+04:00)

Filippinin Səhiyyə Nazirliyi əhali arasında denqe virusunun (qızdırma xəstəliyi) yayılması ilə əlaqədar bu gün ölkənin bəzi regionlarında fövqəladə vəziyyət elan edib.

Bu barədə RİA "Novosti" xəbər verir.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 2019-cu il yanvarın 1-dən iyunun 29-dək 106330 denqe virusuna yoluxma halı qeydə alınıb və bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 85% çoxdur. Bundan başqa, bu il virusun əsas simptomu olan qızdırma nəticəsində 456 nəfər ölüb.(report.az)

AzNews.az