53 yaşlı futbolçunun 22 yaşlı tələbə qızla sevgili olduğu üzə çıxdı

15 İyul 2019 16:23 (UTC+04:00)

Braziliyalı keçmiş futbolçu Romarionun özündən 31 yaş kiçik xanımla sevgili olduğu iddia edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 53 yaşlı Romario 22 yaşlı universitet tələbəsi Anna Karolune ilə görüşür.

Xanımla sevgili olduğuna görə tənqid edilən Romario “Biz bir-birimizi sevirik. Aramızda 31 yaş fərq olduğunun heç bir əhəmiyyəti yoxdur” deyə münasibət bildirib.

Rəqsanə

AzNews.az