Son günlər trenddə olan klip plagiatdımı?

15 İyul 2019 17:16 (UTC+04:00)

Gənc türk müğənnisi Reynmenin ikinci mahnısı “Ela”ya çəkdiyi kliplə Aynur Aydının 2012-ci ildə “Yenildim daima” mahnısına çəkilən klipdə bənzər səhnələrin olduğu iddia edilib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, fenomen Reynmenin "İlk gün 15 milyon izlənməsə, “Instagram”ı bağlayacam” dediyi yeni mahnısı “Ela” “YouTube”də 3 gündə 28 milyon dəfə izlənərək rekorda imza atıb.

Ancaq mahnının klipi haqqında maraqlı bir iddia ortaya atılıb.

Belə ki, müğənni Aynur Aydının 2012-ci ildə yayımanan “Yenildim Daima” mahnısının klipi ilə bənzər səhnələrin olması sosial mediada çox danışılıb.

Səidə Vahid

AzNews.az