Rusiyanın keçmiş idmançısı Yelena İsinbayeva istirahət edən zaman çimərlikdə foto çəkdirib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Veçernaya Volqoqrad" nəşri yayıb.
İkiqat olimpiya çempionu fotonu Instagram-da paylaşıb.
"Bu gün dənizdə, sabah isə Kembricdə ingilis dilini öyrənmək üçün", — İsinbayeva şəklə bu qeydi əlavə edib.
6 metr hündürlüyə tullanmaq üzrə üçqat dünya çempionu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idmançılar Komissiyasına daxildir.
Babək Göyüş
AzNews.az