Qaradağda məişət və təkər tullantıları ticarət mərkəzindən aralıda yanıb - RƏSMİ

15 İyul 2019 19:17 (UTC+04:00)

FHN-in mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.

Qeyd olunub ki, yanğın saat 17:50-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Fövqəladə Hallar Nazirliyi olaraq kütləvi informasiya vasitələrindən xahiş edirik ki, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar”, - Nazirlikdən bildirilib.

Qeyd edək ki, bir sıra mətbuat orqanında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə"-“Elit” Ticarət Mərkəzində yanğının baş verməsi ilə bağlı xəbər yayılıb.