50 yaşlı kişini maşınla vurub qaçdı - Bakıda

15 İyul 2019 22:02 (UTC+04:00)

Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, Q.Qarayev prospekti 1 ünvanında naməlum avtomobil 1960-cı il təvəllüdlü Əliyev Yavər Mirzəli oğlunu vurub və sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)