"Neftçi" hücumçusu ilə yollarını ayırıb

15 İyul 2019 22:58 (UTC+04:00)

27 yaşlı qanalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bakı təmsilçisi ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2017/2018-ci illər mövsümündə "Neftçi”nin heyətində 10 oyunda 2 qola imza atmış Karikari son mövsümü icarə əsasında BƏƏ-nin "Əl Oruba” klubunda keçirib. (APA)