Sabirabad mərkəzi bazarında güclü yanğın başlayıb

16 İyul 2019 07:33 (UTC+04:00)

Sabirabad rayonunda güclü yanğın başlayıb.

Hadisə mərkəzi bazarda və yaxınlıqdakı ticarət mərkəzində qeydə alınıb.

Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib. Hadisə yerinə Sabirabad, Saatlı və Şirvan yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. (APA)